ŞİRKƏTİMİZİN MİSSİYASI
"SAKHAVATOGLU Company" MMC olaraq, hazırda xaricdə təhsil, xarici dillərin tədrisi və yazılı və şifahi tərcümə xidmətləri sahəsində fəaliyyət göstəririk. Biz öz fəaliyyətimizi ən yüksək peşəkarlıq və keyfiyyət standartları əsasında həyata keçirməyi əsas prioritet hesab edirik. Məqsədimiz, hər bir müştərinin layiq olduğu xidmətləri tam və fasiləsiz şəkildə əldə etməsini təmin etmək, həmçinin ölkəmizdə bu sahədə seçilən, nüfuzlu və etibarlı mərkəzlərdən birinə çevrilməkdir.
Fəaliyyətimizdə dürüstlük, şəffaflıq, müştəri məmnuniyyəti və davamlı inkişaf prinsiplərinə sadiq qalırıq. Bu dəyərlər əsasında, hər bir əməkdaşımızla birlikdə, yüksək peşəkarlıq və məsuliyyətlə xidmət göstərərək, ölkəmizin təhsil və tərcümə xidmətləri sektorunda lider mövqe tutmağı hədəfləyirik.