ŞİRKƏTİMİZİN VİZYONU
"SAKHAVATOGLU Company" MMC olaraq vizyonumuz, yaxın gələcəkdə başda təhsil olmaqla müxtəlif xidmət sahələrində fəaliyyət dairəmizi genişləndirərək, cəmiyyətə və bəşəriyyətə dəyər qatan nüfuzlu bir holdinqə çevrilməkdir. Biz inanırıq ki, böyük hədəflərə yalnız birlikdə, güclü tərəfdaşlıqlar və davamlı əməkdaşlıq yolu ilə çatmaq mümkündür.
Bu baxışla artıq dünyanın müxtəlif ölkələrində yerləşən 20-dən çox dövlət və özəl ali təhsil müəssisəsi ilə rəsmi əməkdaşlıq qurmuşuq. Gələcəkdə isə bu əməkdaşlıq şəbəkəsini daha da genişləndirərək, Azərbaycanın intellektual potensialını beynəlxalq aləmə tanıdan və ölkəmizdən dünyaya açılan etibarlı bir qapı rolunu oynayan qlobal platforma olmağı hədəfləyirik.
Yolumuz uzaq, məqsədimiz böyükdür. Biz yalnız biznes deyil, dəyər yaradan, dəyişiklik gətirən və gələcək nəsillərə ilham verən bir sistem qurmağa çalışırıq.